Avtomobil qaz xəttinə çırpıldı, 3 kənd qazsız qaldı – FOTO

Avtomobil qaz xəttinə çırpıldı, 3 kənd qazsız qaldı – FOTO

Hadisə 27.12.2025 16:41 26

Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda avtomobil qaz xəttinə çırpılması nəticəsində 450 abonentin qaz təchizatında fasilə yaranıb.

Az24.az xəbər verir ki, rayonun Biçənək kəndində minik avtomobili ərazidən keçən D-119-luq qaz xəttini zədələyib.

Təhlükəsizlik məqsədilə Gömür, Ağbulaq və Biçənək kəndlərində 450 abonentin qaz təchizatı dayandırılıb.

Qazın verilişi təmir işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.

Reklam