Türkiyə Ermənistanla sərhədi bu tarixdə açacaq
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində yeni detallər ortaya çıxıb.
Az24.az xəbər verir ki, Ermənistanın “Hraparak” nəşrinin yaydığı məlumata əsasən, Ankara 1 yanvar 2026-cı ildən etibarən Türkiyə–Ermənistan sərhədini yalnız üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün qismən açmağa hazırdır.
Qəzet yazır ki, Türkiyənin normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Serdar Kılıç ABŞ tərəfinin təsiri fonunda Yerevana sərhədin mərhələli şəkildə açılmasını nəzərdə tutan təkliflər paketi təqdim edib. Lakin bu mərhələdə sərhədin yük daşımaları üçün bağlı qalacağı bildirilir.
Məlumata görə, Ankara Ermənistanın ticarət ehtiyacları üçün alternativ variant kimi malların Gürcüstan üzərindən tranzitini təklif edib. Bu isə sərhədin tam iqtisadi fəaliyyətə açılmasının hələ gündəmdə olmadığını göstərir.
Bununla yanaşı, Türkiyə diplomatik münasibətlərin bərpasını əhatə edən xüsusi protokol da hazırlayıb. Ancaq sənədin imzalanması üçün qeyri-adi şərt irəli sürülüb: protokolu imzalamaq məqsədilə Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfər etməsi tələb olunur. Halbuki beynəlxalq praktikada bu cür sənədlər, adətən, xarici işlər nazirləri səviyyəsində imzalanır.
Məlumatda qeyd olunur ki, bu şərt rəsmi İrəvanda əlavə müzakirələrə səbəb olub və prosesin necə davam edəcəyi hələlik açıq qalır.
Dəniz
Reklam
Oxşar xəbərlər
Cəmi 47 günün icra başçısı işdən çıxarıldı – ŞOK SƏBƏBLƏR ÜZƏ ÇIXDI
Ötən ay təyin olunan icra başçısı işdən çıxarıldı – SƏRƏNCAM
Prezident ailəsi ilə birlikdə “Ağ Şəhər”də – FOTOLAR
Bu icra başçısı da VƏZİFƏDƏN GEDİR – Mehdiyevin kadrı imiş…
Prezident Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqlədi
Ermənilər bu postu Azərbaycan Ordusuna verdi – İlginc səbəb
Elmar Hüseynov vəzifəsindən azad edildi – YENİ TƏYİNAT
Yeni icra başçısı müavinini işdən çıxardı – FOTO