Qar yağacaq, yollar buz bağlayacaq
Dekabrın 28-də gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Milli Hidrometeorologiya Xidmətindən Az24.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində fasilələrlə yağıntılı olacağı gözlənilir. Səhər bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 5 dərəcəyədək isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunu, nisbi rütubət 80-85% təşkil edəcək.
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
Reklam
Oxşar xəbərlər
Hacıbala Abutalıbov bu kəndə köçüb
Bakıdan Qəbələyə hər gün qatarla gedə biləcəksiniz
MİQ imtahanları ödənişli olacaq
Bu məlumatları sosial şəbəkələrdə paylaşmaq qadağan olundu
Hava KƏSKİN DƏYİŞİR: 6 gün qar yağacaq, 20 dərəcə şaxta olacaq
Magistratura imtahanlarında dəyişiklik edildi – RƏSMİ