Efirdə ağzına gələni danışır – Tacirdən Vüqara SƏRT SÖZLƏR

Efirdə ağzına gələni danışır – Tacirdən Vüqara SƏRT SÖZLƏR

Şou 27.12.2025 13:35 63

Müğənni Tacir Şahmalıoğlu meyxanaçı Vüqar Əbdülovun onun ünvanına səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

Az24.az xəbər verir ki, Tacir Şahmalıoğlu “Rəngarəng” verilişində çıxışı zamanı meyxana sənətinin bədahətən olduğunu xatırladaraq bildirib ki, bu sahədə deyilən sözlər əvvəlcədən əzbərlənmir, amma onlar da ağzına gələni danışmır, düşünmüş tərzdə danışırlar.

“Vüqar 30 illik dostumdur, amma çıxıb efirdə ağzına gələni danışır. Niyə danışırsan? Düşün də. Məni verilişlərin birində “baltalayıb”. Mən oxuyanam. Savadlı şairlərin şeirlərinə müraciət edirəm. Mən şair deyiləm”.

O, Vüqar Əbdülovla uzun illər dostluq münasibətlərinin olmasına baxmayaraq, efirdə səsləndirilən açıqlamaların onu təəssüfləndirdiyini deyib.

“Vüqara demək istəyirəm ki, 50 illik yaradıcılığımda oxuduğum mahnıların 80 faizi öz bəstələrimdir, 60 faizi isə öz sözlərimdir. Amma mən özümü şair adlandırmıram.

Bununla belə, mahnılarıma düzəliş edirəm. Bunlardan xəbərin olmaya-olmaya çıxıb efirdə deyirsən ki, onun-bunun şeirini oxuyursan. Nə var ki, bunda? Bunları öz aramızda de, çıxıb 10 milyon insanın qarşısında səsləndirmə”.

Qeyd edək ki, mübahisənin yaranmasına səbəb Vüqarın “Tarixin bir günü” verilişində T.Şahmalıoğlu haqqında “Sən ancaq kiminsə sözlərini oxumusan. Əminə Şirin isə özü yazır” deməsi olub.

Dəniz

Reklam