Sevgiliyə Yeni il TƏBRİKLƏRİ
Yeni il gecəsi təkcə təqvimin dəyişməsi deyil, həm də ürəklərin bir-birinə bir az da yaxınlaşdığı, sevginin sözə çevrildiyi ən xüsusi anlardandır. Bu gecədə deyilən bir cümlə, yazılan səmimi bir mesaj bəzən ən bahalı hədiyyədən daha çox dəyər qazanır.
Sevgiliyə ünvanlanan yeni il təbriki isə qarşı tərəfə “səninlə yeni ilə başlamaq istəyirəm” deməyin ən gözəl yoludur. Bu yazıda sevginizi ifadə edəcək, qəlbdən gələn yeni il təbriklərinə yer verəcəyik.
-Yeni il qapımızı döyür, amma mənim üçün ən gözəl hədiyyə artıq var — sənsən. Bu il də, gələn illərdə də sevincim, ümidim, yol yoldaşım ol. Yeni ilin mübarək, sevgilim.
–Bir ili səninlə yola salıram, yenisini yenə səninlə qarşılamaq istəyirəm. Qoy yeni il bizə daha çox sevgi, anlayış və xoş xatirələr gətirsin. Yeni ilin mübarək!
–Saatlar on ikini göstərəndə arzu tutacağam… amma artıq arzum həyata keçib — sən mənim həyatımda varsan. Yeni ildə də əl-ələ, ürək-ürəyə olaq. Yeni ilin mübarək!
–Bu yeni il sənə xoşbəxtlik, mənə isə səni hər gün bir az da çox sevmək nəsib etsin. Gülümsəmən heç vaxt solmasın. Yeni ilin mübarək, canım.
–Yeni il yeni ümidlər deməkdir, mənim ən böyük ümidim isə səninlə qurduğumuz sabahdır. Qoy bu il sevgimiz daha da möhkəmlənsin. Yeni ilin mübarək!
Dəniz
Reklam
Oxşar xəbərlər
Dünyanın ən çox doğuran qadını: 30 ildə 69 uşaq
Ağıllı insanlar bu rəngi sevir
Qız uşağı üçün adlar və mənaları – SİYAHI
Şuşada “Zəfər yürüşü”nə çıxan ayı – VİDEO
Fərqli və mənalı oğlan adları
Vaxtından əvvəl maaş alanlara VACİB MƏSLƏHƏT: Belə xərcləyin