Onun qədər yalançı birini tanımıram – Vüsaldan Vəfaya SƏRT CAVAB
Müğənni Vəfa Şərifova ilə həmkarı Vüsal Əliyev arasında qalmaqal böyüyür.
Az24.az xəbər verir ki, Vəfanın “Vüsal Əliyevlə duet oxumağıma görə peşmanam. Burnumdan gəldi onla duet oxumaq” fikirlərinə həmkarı sərt reaksiya verib.
Vüsal Vəfanı “İbo şou” verilişində yalaçılıqda ittiham edib:
“Çox yalançı qızdır. Şou-biznesdə onun qədər yalançı birini tanımıram. Gözləyirdim ki, ən azından üzürxahlıq etsin. Ailəmiz, dost-tanışlarımız, sevənlərimiz var. Efirdən birinə “ayıb olsun” demək üçün bir əsasın olmalıdır. Mən sübut etdim ki, yalan deyirsən. Üzr istəmək əvəzinə mənə irad tutursansa, sənə ayıb olsun”.
Vüsal Əliyev bildirib ki, Vəfanın oxuduğu duetlərdən heç biri 52 milyon baxış yığmayıb:
“Onun hansı dueti 52 milyon baxış yığıb, desin. Bu duetdən çox baxılan mahnın varsa, desin. Nicat İsmayıloğluna səslənirəm, mən verilişdən çıxanadək o dueti yutubdan silsin. Minnətin olsun ki, mən səninlə oxumuşam. İndiyədək 13 müğənni ilə duet oxumuşam, heç biri ilə problemim olmayıb. Hansı mahnını oxumusansa, o mahnı ilə bağlı bir qalmaqalın var. Mən elə bir adam deyiləm ki, hər verilişdə məndən danışasan, gündəmdə qalasan. Allahdan qorx, şər-böhtanla hərəkət etmə. Axırıncı dəfə olsun mənimlə bağlı hər hansı verilişdə danışasan. Sən adlı müğənni tanımıram”.
Dəniz
Reklam
Oxşar xəbərlər
Tolik efirə zəng edib Sevinci RÜSVAY ETDİ: Desə lüt gəz, gəzəcəksən?
70 yaşlı Əməkdar artist oğlu ilə görüntüləndi – İLK DƏFƏ
Safurə Əliyeva Cabir İmanovun xanımı ilə FOTOLARINI paylaşdı
Röyanın oğlu 3 nüfuzlu ali məktəbə birdən qəbul olundu
Yıldız Tilbedən illər sonra gələn ETİRAF: Sağ qulağım eşitmir