Esra Erol Azərbaycandan Türkiyəyə qaçan Nailəni tapdı – FOTO
İyulun 23-də azyaşlı övladını tərk edərək Azərbaycandan Türkiyəyə qaçan Nailə Şirinova məşhur aparıcı Esra Erolun proqramı vasitəsilə tapılıb.
Az24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Esra Erolun komandası aparılan araşdırmalar nəticəsində Nailənin hazırda Kocaeli vilayətinin Derince rayonu yaxınlığında, Bekir Özdemir adlı şəxslə birlikdə yaşadığını müəyyən edib.
Proqrama Nailənin atası Səməd Şirinov da qatılaraq qızının taleyindən narahat olduğunu, onun harada və hansı vəziyyətdə yaşadığını bilmək istədiyini bildirib.

Çəkiliş qrupu Nailənin qaldığı ünvana yollansa da, o, kameraya çıxmaqdan qəti şəkildə imtina edib. Nailə atası və ailə üzvlərindən heç biri ilə görüşmək istəmədiyini də bildirib.
Verilən məlumata görə, Nailə ilə Bekirin tanışlığı ötən ilin yanvar ayında başlayıb. Əvvəlcə sosial şəbəkələr vasitəsilə yazışan tərəflər daha sonra yaxın münasibət qurublar. Bekir Özdemir Nailənin ailəli və azyaşlı uşağı olduğunu Türkiyəyə gəldikdən sonra öyrəndiyini iddia edib.

Studiyada iştirak edən ata Səməd Şirinov isə bu iddiaları yalan adlandıraraq, Bekirin həqiqəti əvvəlcədən bildiyini və bunu sübut edən mesaj yazışmalarının əlində olduğunu bildirib.
Dəniz
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq