Şəkidə 85 yaşlı kişi evdə yanaraq öldü – (YENİLƏNİB)

Şəkidə 85 yaşlı kişi evdə yanaraq öldü – (YENİLƏNİB)

Hadisə 17.11.2025 09:52 5

Şəkidə 85 yaşlı kişinin evində yanaraq həyatını itirməsinin bəzi detalları məlum olub.

Az24.az oxu.az-a istinadla xəbəer verir ki, hadisə gecə saat iki radələrində rayonun Bideyiz kəndində baş verib .

Kənd sakini, 85 yaşlı Əli Saat oğlu Xasıyevin iki övladı olsa da, evində tək yaşayırmış. Onun bir oğlu Bakıda, digər oğlu isə elə həmin kənddə yaşayırmış. Amma Ə.Xasıyev özünə məxsus evdə tək qalırmış. O, həmçinin son vaxtlar yeriməkdə də çətinlik çəkirmiş.

Ə.Xasıyevin evinə qaz xətti çəkilsə də, o, odun peçindən istifadə edib. Hadisənin də məhz odun peçindən qaynaqlandığı bildirilir. Belə ki, gecə saatlarında odun peçindən baş verən yanğını Ə.Xasıyev söndürə bilməyib. Nəticədə ev tamamilə alışıb və o, yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Şəkidə 85 yaşlı kişi fərdi yaşayış evində yanaraq ölüb.

Az24.az APA-ya istinadla xəbər verir ki, gecə saat 2 radələrində rayonun Bideyiz kəndində, kənd sakini 85 yaşlı Əli Saat oğlu Xasiyevə məxsus, ümumi sahəsi 100 m² olan kürsülü birmərtəbəli iki otaq və eyvandan ibarət olan fərdi yaşayış evində yanğın baş verib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğından sonra keçirilən baxış zamanı ev sahibi Ə.Xasiyevin yanmış meyiti aşkar olunub.

Yanğının söndürülməsi üçün əraziyə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Reklam