“Qalatasaray”ın keçmiş direktoru saxlanıldı

“Qalatasaray”ın keçmiş direktoru saxlanıldı

Dünya 26.12.2025 09:56 28

Türkiyədə qanunsuz mərc qalmaqalı ilə bağlı 14 futbolçu daxil olmaqla ümumilikdə 29 nəfər şübhəli qismdə saxlanılıb. Saxlanılanlar arasında “Qalatasaray” idman klubunun keçmiş direktoru Erden Timur da var.

AZ24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Erden Timur idman yarışlarının nəticəsinə təsir göstərmək, qanunsuz mərc və çirkli pulların yuyulması ittihamları ilə saxlanılıb. Aparılan araşdırmalar zamanı onun bank hesablarında bir-biri ilə əlaqəli şübhəli maliyyə əməliyyatları aşkar edilib.

Reklam