Pulsuz paylanan şokoladdan 20 şagird zəhərləndi

Pulsuz paylanan şokoladdan 20 şagird zəhərləndi

Dünya 25.12.2025 20:21 24

Kütahya şəhərində bir məktəbin həyətində pulsuz paylanan şokoladları yeyən 20 şagird zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Az24.az xəbər verir ki, şəhərdəki bir ərzaq dükanının sahibi şəhid Üzman Çavuş Hasan Kahraman Orta Məktəbinin həyətində şagirdlərə pulsuz şokolad paylayıb. Bu şokoladları yediyi bildirilən 20 şagirdın qısa müddət sonra vəziyyətləri pusləşib.. Xəstəxanaya yerləşdirilən şagirdlər müalicə altına alınıb.

İlkin məlumata görə, şokoladları paylayan şəxs saxlanılıb.

Polis şikayət əsasında araşdırma başlayıb.

Dəniz

Reklam