Bu qan qrupundan olanlar çox yaşayır

Bu qan qrupundan olanlar çox yaşayır

Sağlamlıq 25.12.2025 17:06 16

Aparılan elmi tədqiqatlar göstərir ki, insanın qan qrupu bəzi xəstəliklərə tutulma ehtimalına və ümumi sağlamlıq göstəricilərinə müəyyən dərəcədə təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, bu amil insan ömrünü birbaşa müəyyən etmir, lakin sağlamlıq risklərinin formalaşmasında rol oynayır.

Araşdırmalara əsasən, I (O) qan qrupuna malik şəxslərdə ürək və damar sistemi ilə bağlı problemlərə daha az rast gəlinir. Bu qrupda olan insanların infarkt və insult kimi ağır hallarla qarşılaşma ehtimalının digər qan qrupları ilə müqayisədə daha aşağı olduğu bildirilir. Bu səbəbdən bəzi alimlər I qan qrupuna sahib şəxslərin uzunömürlülük baxımından üstün mövqedə olduğunu qeyd edirlər.

Digər tərəfdən, II (A) qan qrupuna mənsub insanlarda bəzi xroniki xəstəliklərə, o cümlədən şəkərli diabet və onkoloji problemlərə meyilliliyin nisbətən daha çox müşahidə edildiyi vurğulanır. III (B) və IV (AB) qan qruplarında isə müəyyən nadir xəstəliklərin ortaya çıxma ehtimalı diqqət çəkir.

Alimlər xüsusilə qeyd edirlər ki, qan qrupu yalnız risk faktorlarından biridir. İnsan ömrünün uzun və sağlam olması əsasən düzgün qidalanma, fiziki aktivlik, psixoloji rahatlıq və vaxtında aparılan tibbi müayinələrlə sıx bağlıdır.

Dəniz

Reklam