Ailələrə ayrılan 200 manat bu tarixdə ödəniləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən dekabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
Bu barədə Az24.az-a Nazirlikdən məlumat verilib.
Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən, ünvanlı sosial yardım alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə birdəfəlik maddi yardım (200 manat) verilməsi nəzərdə tutulub ki, bu maddi yardım da dekabrın 30-dək ödəniləcək.
Qeyd edək ki, bundan əvvəl, dekabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası üzrə dekabr ayının pensiyaları, 19-da digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin dekabr ayı üzrə pensiyaları ödənilib.
Reklam
Oxşar xəbərlər
Sabah qaz olmayacaq – Bu ərazilərdə
Bu kommunal xidmətlər bahalaşacaq – SİYAHI
Bu ərazilərdə 2 saat işıq olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazilərində qaz olmayacaq
Sosial ödənişlər BU TARİXDƏ veriləcək
200 manatlıq yardımlar necə ödəniləcək? – AÇIQLAMA