Körpü uçdu, kanala düşən kombayn sürücüsü öldü – FOTO

Körpü uçdu, kanala düşən kombayn sürücüsü öldü – FOTO

Hadisə 25.12.2025 14:43 20

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZ24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Sarxanbəyli kəndində olub.

Belə ki, kənd ərazisində pambıqyığan kombayn su kanalı üzərində olan körpüdən keçərkən körpü üçüb. Nəticədə kombayn aşaraq suya düşüb.

Qəzada  37 yaşlı sürücü Nurlan Kərimli hadisə yerində ölüb. İlkin ehtimala görə, qəzaya səbəb körpünün qəzalı vəziyyətdə olmasıdır.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, mərhum 3 uşaq atası imiş.

Reklam