Prezident sərəncam imzaladı
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
AZ24.az sərəncamın mətnini təqdim edir:
1. “Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) təsdiq edilsin (əlavə olunub).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi:
3.1. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirsin;
3.2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsinin tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq işlər görsün.
5. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.
Reklam
Oxşar xəbərlər
13 il əvvəlki cinayət işinin itməsi ilə bağlı iddialara RƏSMİ CAVAB
Bu yolda sürət həddi endirildi
Bank kartına səhv köçürülən pulu geri qaytara bilərik? – AÇIQLAMA
Oqtay Əsədovun qızı vəfat etdi
Avtobuslar 01:30-dək fəaliyyət göstərəcək – Bu tarixlərdə
Elektron siqaret qadağası: Yeni tarix açıqlandı
Prezident bu şəxsləri təltif etdi
Azərbaycanda minimum maaş 1000 manat ola bilər – Bu tarixdə