AZAL faciəsi süni intellektlə canlandırıldı – VİDEO
Ötən ilin bu günü Rusiyanın Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinin səmasında vurulan AZAL-a məxsus J2-8243 saylı mülki sərnişin təyyarəsinin son dəqiqələri süni intellekt texnologiyası vasitəsilə yenidən canlandırılıb.
AZ24.az Musavat.com-a istinadla xəbər verir ki, cəmi 2 dəqiqə 30 saniyə davam edən bu video real uçuş parametrləri, radar məlumatları və ən əsası “qara qutu”dan əldə edilən texniki göstəricilər əsasında hazırlanıb.
Canlandırma göstərir ki, təyyarə uçuşun son mərhələsində yalnız kənar müdaxilə nəticəsində qəzaya uğrayıb. Video boyunca pilot kabinəsindəki dialoqların, hündürlük və sürət göstəricilərinin, eləcə də raket zərbəsinə uyğun kəskin təzyiq və temperatur dəyişikliklərinin ardıcıllığı izləyiciyə təqdim olunur.
Süni intellektlə hazırlanmış bu rekonstruksiya bir daha təsdiqləyir ki, J2-8243 reysi hərbi zona elan olunmayan bir ərazidə, beynəlxalq mülki aviasiya qaydalarına tam uyğun şəkildə uçuş həyata keçirərkən vurulub. Təyyarənin Rusiya Müdafiə Nazirliyinə tabe hava hücumundan müdafiə sistemləri tərəfindən hədəfə alındığına dair texniki izlər “qara qutu” məlumatlarında aydın şəkildə əksini tapır.
Hadisə nəticəsində təyyarədə olan 67 sərnişindən 38-i, o cümlədən də pilotlar və baş bələdçi Hökümə Əliyeva həlak olublar. Aradan bir il keçməsinə baxmayaraq, Rusiya tərəfi bu cinayətlə bağlı üzərinə düşən beynəlxalq hüquqi öhdəlikləri yerinə yetirməyib, rəsmi istintaq materialları açıqlanmayıb, günahkarlar müəyyən olunmayıb və cəzalandırılmayıb. Bu isə beynəlxalq aviasiya hüququnun, o cümlədən Çikaqo Konvensiyasının kobud şəkildə pozulması deməkdir.
Yayımlanan video təkcə texniki rekonstruksiya deyil, eyni zamanda siyasi və hüquqi ittiham aktıdır. Çünki süni intellektin təqdim etdiyi ardıcıllıq göstərir ki, bu hadisə nə qəza, nə də “təsadüf” ola bilər. Mülki təyyarənin vurulması ilə nəticələnən bu olayda məsuliyyət birbaşa Kremlin və Rusiya Müdafiə Nazirliyinin üzərində qalır.
Reklam
Oxşar xəbərlər
13 il əvvəlki cinayət işinin itməsi ilə bağlı iddialara RƏSMİ CAVAB
Bu yolda sürət həddi endirildi
Bank kartına səhv köçürülən pulu geri qaytara bilərik? – AÇIQLAMA
Oqtay Əsədovun qızı vəfat etdi
Avtobuslar 01:30-dək fəaliyyət göstərəcək – Bu tarixlərdə
Elektron siqaret qadağası: Yeni tarix açıqlandı
Prezident bu şəxsləri təltif etdi
Prezident sərəncam imzaladı