Yeni ili ən birinci bu ölkə qarşılayacaq

Yeni ili ən birinci bu ölkə qarşılayacaq

Cəmiyyət 25.12.2025 11:11 18

Dünya Yeni ili eyni anda qarşılamır. Saat qurşaqları fərqli olduğu üçün bəzi ölkələr bayramı digərlərindən saatlar əvvəl qeyd edir. Maraqlıdır ki, Yeni ili dünyada ilk qarşılayan ölkə Kiribatidir.

AZ24.az xəbər verir ki, sakit okeanda yerləşən Kiribati Respublikasına aid Line adaları, xüsusilə də Kiritimati (Christmas Island) adası UTC+14 saat qurşağında yerləşir. Bu isə o deməkdir ki, Yer kürəsində təqvimdə yeni gün ilk olaraq məhz burada dəyişir.

Kiribati hökuməti 1995-ci ildə saat qurşaqlarında dəyişiklik edərək Line adalarını UTC+14 zonasına daxil edib. Bununla da ölkə Yeni ili və digər bayramları dünyada ilk qarşılayan dövlət statusunu qazanıb. Bu qərar həm də turizmin inkişafına töhfə verib.

Yeni ilin ilk saniyələri Kiribatidə qeyd olunduqdan sonra bayram dalğası Sakit okean ölkələri, Asiya, Avropa və sonda Amerika qitəsinə doğru davam edir. Beləliklə, Yer üzündə Yeni il təxminən 26 saat ərzində mərhələli şəkildə qarşılanır.

Qeyd edək ki, Yeni ili ən son qarşılayan ərazilər isə ABŞ-ın Baker və Hovland adaları hesab olunur. Bu adalar UTC−12 saat qurşağında yerləşir və Kiribati ilə aralarında bir sutkaya yaxın vaxt fərqi var.

Beləliklə, Yeni ilin ilk atəşfəşanlığı və bayram sevinci hər il ilk olaraq Kiribatidə başlayır.

Altay

Reklam