Yenilənmiş 50 manatlar tədavülə buraxılır – FOTO

Yenilənmiş 50 manatlar tədavülə buraxılır – FOTO

İqtisadiyyat 25.12.2025 11:00 28

Bu gündən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun imzasının əks olunduğu yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır.

AZ24.az AMB-yə istinadən xəbər verir ki, imza pul nişanının ön tərəfindən sol yuxarı küncdə təsvir edilib.

Nişanın üzərində həmçinin “2025” istehsal ili əks olunub.

Yenilənmiş 50 manatlıq əsginasın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Əsginas hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

Reklam