Qroznıda AZAL təyyarəsində həlak olanların xatirəsinə memorial abidə ucaldıldı
Bu gün Qroznıda, Ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanda 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə ucaldılmış memorial plitənin açılış mərasimi keçirilib.
AZ24.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.
Açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, AZAL prezidenti Samir Rzayev, Rusiya Federasiyası Çeçenistan Respublikası hökumətinin rəhbəri Qalas Taymasxanov, Çeçenistan Respublikası hökuməti və parlamentinin nümayəndələri, eləcə də yerli Azərbaycan icması iştirak edib.
AZAL prezidenti Samir Rzayev mərasimdə çıxışı zamanı memorial plitənin ucaldılması qərarına görə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova minnətdarlığını bildirib.
O qeyd edib ki, memorial plitənin Heydər Əliyev adına parkda ucaldılması dərin simvolik əhəmiyyətə malikdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı dövlətçilik və məsuliyyət ideyaları ilə ayrılmaz şəkildə bağlıdır.
S.Rzayev vurğulayıb ki, faciənin xatirəsi, şübhəsiz ki, sülhün, insan həyatının və xalqlar arasında etimadı qorumağın zəruriliyini xatırlatmağa xidmət edəcək. Memorial plitə humanizm, insani mərhəmət və Azərbaycan–Çeçenistan dostluğunun rəmzinə çevriləcək və burada həmişə sükut, xatirə, ehtiram hökm sürəcək.
Reklam
Oxşar xəbərlər
“Kurtlar Vadisi”nin aktyoru tanınmaz halda – FOTO
Ronaldodan sevgilisinə sərvət dəyərində hədiyyə
“Fənərbağça”nın prezidenti saxlanıldı
Faiq Əliyev barəsində çıxarılmış hökm ləğv edildi
Türkiyədə yenə xeyli məşhur saxlanıldı – Narkotikə görə
Cabir Abdullayevin meyiti tapıldı – Araşdırma başladı
Putinin təltif etdiyi azərbaycanlı müharibədə həlak oldu – FOTO