Ukrayna, Moldova, Gürcüstan ərazilərində separatçı yuvalar var – İlham Əliyev
Ukrayna ərazisində, Moldova ərazisində, Gürcüstan ərazisində separatçı yuvalar var.
AZ24.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə söyləyib.
Dövlət başçısı bildirib:
“Bizim həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı nəticəsində Ermənistandan qənimət kimi götürdüyümüz və məhv etdiyimiz silahların pul dəyəri təqribən 5-6 milyard dollardır. Bunların dağılmış bəzi nümunələri Bakıda Hərbi Qənimətlər Parkında nümayiş etdirilir, o cümlədən “İsgəndər M” ballistik raketi, hansı ki, ümumiyyətlə, Ermənistanda olmamalı idi. Çünki “İsgəndər M” raketinin ixracı qadağandır. Əgər belə demək mümkündürsə, ixraca açıq olan “İsgəndər E”, yəni eksport növüdür. “İsgəndər M” raketi necə Şuşaya zərbə endirdi? Elə bu, böyük sualdır. Yəni pulsuz silah, maliyyə yardımı.
Hər il Amerikada, Fransada marafonlar keçirilirdi. Separatçılar, separatçı liderlər, – hansılar ki, bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər, – oraya vizalar alırdılar. Necə ola bilər? Minsk qrupunun həmsədr ölkələrinə separatçılar necə gedə bilərdilər? Axı digər separatçı ərazilər də var. Onlara Amerikaya, yaxud da ki, Fransaya kimsə viza verə bilər? Gedin, baxın, bu gün nə qədər separatçı inzibati ərazi var?! Ukrayna ərazisində, Moldova ərazisində, Gürcüstan ərazisində separatçı yuvalar var. Onların rəhbərlərinə Amerika, Fransa, Avropa ölkələri viza verə bilər? Yox. Amma erməni separatçılarına niyə vizalar verilirdi? Yəni dediyim sözün bir təsdiqi də budur. Onlar telemarafonlar keçirirdi, 100 milyonlarla dollar pul yığırdılar. Onlara gizli mənbələrdən də pul ötürülürdü, bir məqsədlə ki, bu torpaqları əbədi işğal altında saxlasın, Azərbaycan xalqına divan tutsun, bu şəhər və kəndləri daim nəzarət altında saxlasın.
Bax, görün biz kimlərlə kəllə-kəllə getmişik. Biz görün Ermənistana olan hansı dəstəyin fonunda İkinci Qarabağ müharibəsində Qələbə qazanmışıq. Yəni, ona görə bütün bunlar, necə deyərlər, həm düzgün çatdırılmalıdır, həm də bizim təhsil müəssisələrimizdə, ictimai məkanda dəqiq təqdim edilməlidir, yəni bu unudulmamalıdır və biz də heç vaxt unutmamalıyıq”.
Reklam
Oxşar xəbərlər
Prezident və xanımı Ağdam sakinləri ilə bir arada – FOTOLAR
Qaçaqmal sindikatında kimlər və necə işləyib? – SENSASİON TƏFƏRRÜAT
Ərdoğan İlham Əliyevə zəng etdi
Prezident və xanımı Xankəndidə açılışda – FOTOLAR
Putin İlham Əliyevə zəng etdi – YENİLƏNDİ
Arzu Əliyeva atasını belə təbrik etdi – FOTO
Bir şəklin tarixçəsi: İlham Əliyev sinif yoldaşları ilə…
Leyla Əliyevadan paylaşım: “Əziz ata, ad günün mübarək” – FOTO