Avtomobildə yanaraq həyatını itirən 3 yaşlı uşağın FOTOSU
Siyəzəndə bədbəxt hadisə baş verib.
Az24.az xəbər verir ki, rayonun Böyük Həmyə kənd sakini, 3 yaşlı Seyfəl Bağırlı yaşadığı evin həyətində park edilmiş atası Hüseynağa Bağırova məxsus avtomobilə oynamaq məqsədilə daxil olub və avtomobildə baş verən qısaqapanma nəticəsində yanaraq ölüb.
Uşağın atası Hüseynağa Bağırov maşınını təmir edirmiş. Seyfəl də həmin vaxt maşına daxil olaraq avtomobilin salonunda oturub.
Azyaşlının atası evə vintaçan gətirmək üçün gedib. Geri qayıdanda isə maşının tüstüləndiyini görüb. Ata pəncərəni sındırıb uşağı çıxarmaq istəsə də, şüşəni sındıra bilməyib.
Bu zaman qapını açıb və içəri oksigen daxil olduğundan maşın qəfil tam alışıb. Yanğından qorxan uşaq qabaq oturacaqdan arxaya keçərək qısılıb qalıb və yanaraq həyatını itirib.
Bizim.Media avtomobildə yanaraq həyatını itirən 3 yaşlı Seyfəlin fotosunu əldə edib.
Həmin fotonu təqdim edirik:

Reklam
Oxşar xəbərlər
Körpü uçdu, kanala düşən kombayn sürücüsü öldü – FOTO
Bərdə və Ağdamda odlu silah alveri edən qrup saxlanıldı – FOTO
Bakının mərkəzində avtomobil yanıb – ANBAAN VİDEO
Gəlin qaynının 9 minlik qızılını oğurladı
Rəhman Əsgərova küçə itləri hücum etdi – FOTO