Türkiyədə yenə xeyli məşhur saxlanıldı – Narkotikə görə

Türkiyədə yenə xeyli məşhur saxlanıldı – Narkotikə görə

Dünya 24.12.2025 14:20 33

İstanbul Baş Prokurorluğunun rəhbərliyi ilə narkotiklə əlaqəli cinayətlərlə bağlı geniş araşdırma aparılıb və bu çərçivədə bir neçə vilayətdə eyni vaxtda əməliyyat keçirilib.

Az24.az bildirir ki, İstanbul, Muğla, Adana və Antalya şəhərlərində təşkil olunan polis tədbirləri zamanı 20 nəfər nəzarətə götürülüb. Keçirilən axtarışlar nəticəsində xeyli miqdarda narkotik vasitə, həmçinin bu maddələrin qəbulunda istifadə edilən müxtəlif avadanlıqlar aşkarlanaraq müsadirə edilib.

Əməliyyat çərçivəsində saxlanılanlar arasında tanınmış simalar da var. Belə ki, model Melisa Fidan Çalışkan, oryantal Nuran Çokçalışkan, eləcə də iş dünyasından Mehmet Tosmur və Hamdi Burak Beşer şübhəli qismində tutulub. Ümumilikdə 22 nəfər barəsində “narkotik vasitələrin istehsalı və dövriyyəsi”, “narkotik və psixotrop maddələrin istifadəsinə şərait yaratmaq”, “narkotik maddələri əldə etmək və saxlamaq”, həmçinin “fahişəliyə sövq etmə və vasitəçilik” maddələri üzrə hüquqi araşdırma aparılır.

İstintaq materiallarına əsasən, tədbir görülməsi planlaşdırılan şəxslərdən 20-si saxlanılıb, bir nəfər artıq həbsdədir, digər şübhəlinin isə yerinin müəyyən edilməsi istiqamətində axtarış tədbirləri davam edir.

Bundan əlavə, sosial şəbəkələrdə məşhur olan Ezgi Fındıq barəsində də həbs qərarı çıxarılıb. Lüks həyat tərzi ilə diqqət çəkən Ezgi Fındığın iş adamı Seif El Attal ilə yaxınlığı ilə tanındığı, istintaq çərçivəsində saxlanılan Sercan Yaşarla da münasibətdə olduğu bildirilir.

Prokurorluq əməliyyatın yüksək məxfilik şəraitində və ciddi nəzarət altında aparıldığını açıqlayıb. Şübhəlilərin yaşadıqları ünvanlara baxış zamanı kokain, marixuana və narkotik istifadəsi üçün nəzərdə tutulan müxtəlif vasitələr aşkarlanıb.

Araşdırmalar davam etdirilir və istintaq prosesi hələ yekunlaşmayıb.

Dəniz

Reklam