Bu ərazilərdə 2 saat işıq olmayacaq

Bu ərazilərdə 2 saat işıq olmayacaq

Sosial 24.12.2025 13:04 19

Abşeronda təmir işləri ilə əlaqədar bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“Azərişıq”dan Az24.az-a verilən məlumata görə, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 24 dekabr tarixində 35 kV-luq “Pirəkəşkül-Cəngi” hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 13:00-dan saat 15:00-dək Cəngi, Çaylı və Qobustan kəndlərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Təmir işləri başa çatdıqdan sonra yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, – məlumatda qeyd olunur.

Reklam