Putin İlham Əliyevə zəng etdi – YENİLƏNDİ
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Az24.az xəbər verir ki, Rusiya Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycan və Rusiya prezidentlərinin keçirdikləri son görüşdə müzakirə olunmuş məsələlərə toxunulub, ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Az24.az xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizin rəhbərliyinizlə Azərbaycan sosial və iqtisadi sahələrdə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqelərini ardıcıl olaraq möhkəmləndirir.
Ölkələrimiz arasında münasibətlər möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Əminəm ki, bu münasibətlər bundan sonra da strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edəcək, bu da şübhəsiz ki, Rusiya və Azərbaycan xalqlarının mənafelərinə cavab verir.
Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı, firavanlıq və uğurlar arzulayıram. Ən səmimi salamlarımı ailənizə çatdırmağı xahiş edirəm”.
Reklam
Oxşar xəbərlər
Prezident və xanımı Ağdam sakinləri ilə bir arada – FOTOLAR
Qaçaqmal sindikatında kimlər və necə işləyib? – SENSASİON TƏFƏRRÜAT
Ərdoğan İlham Əliyevə zəng etdi
Prezident və xanımı Xankəndidə açılışda – FOTOLAR
Arzu Əliyeva atasını belə təbrik etdi – FOTO
Bir şəklin tarixçəsi: İlham Əliyev sinif yoldaşları ilə…
Leyla Əliyevadan paylaşım: “Əziz ata, ad günün mübarək” – FOTO