Tanınmış aparıcıdan ETİRAF: Narkotik istifadə etmişəm, ancaq satmamışam

Tanınmış aparıcıdan ETİRAF: Narkotik istifadə etmişəm, ancaq satmamışam

Dünya 24.12.2025 11:00 33

Türkiyədə məşhurların da adının keçdiyi genişmiqyaslı narkotik əməliyyatlar çərçivəsində saxlanılan xəbər aparıcısı Ela Rümeysa Cebeci yenidən istintaqa çağırılıb.

Az24.az Türkiyə mediasına istinadla bildirir ki, hazırda həbsdə olan Cebeci əvvəlki açıqlamalarından fərqli olaraq narkotik istifadə etdiyini qəbul edib.

O, qeyd edib ki, heç vaxt narkotik maddəni başqasına satmayıb və ya ötürməyib. Lakin aparılan yoxlamalar zamanı qan analizləri və “WhatsApp” yazışmalarında istifadə ilə bağlı sübutlar aşkar olunub. Cebeci etiraf edib ki, keçmişdə narkotikdən istifadə edib, amma bu maddələr kokain və ya digər kimyəvi maddələr olmayıb. Aparıcı marixuana istifadəsinin qanunsuz olduğunu bilmədiyini və bəzi ölkələrdə qanuni sayıldığı üçün bu səhvə yol verdiyini vurğulayıb.

İfadəsində iş adamı və “Fənərbağça” klubunun prezidenti Sadettin Saranla münasibətlərindən də danışan Cebeci, 2021-ci ildə aralarında romantik əlaqə olduğunu, sonradan isə münasibətlərin dostluq çərçivəsində davam etdiyini bildirib.

O, kokain istifadə etmədiyini sübut etmək məqsədilə saç və qan nümunələrinin yenidən götürülməsini tələb edib. Cebeci əlavə edib ki, satıcı deyil, yalnız istifadəçidir və yaxın günlərdə işlə bağlı bildiyi bütün detalları və nüfuzuna dəyən ziyanı açıqlayacaq.

Dəniz

Reklam