Rusiyada polis avtomobili partladıldı – Ölən və yaralananlar var
Rusiya paytaxtı Moskvada polis əməkdaşlarının ölümü ilə nəticələnən ağır hadisə baş verib.
Az24.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, şəhərin cənubunda, Yeletskaya küçəsində yol patrul xidməti əməkdaşlarına məxsus polis avtomobili partladılıb. Güclü partlayış nəticəsində iki polis əməkdaşı hadisə yerində həlak olub, daha iki nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Partlayışdan sonra ərazi dərhal mühasirəyə alınıb, hadisə yerinə hüquq-mühafizə orqanları, istintaq qrupu, kriminalistlər və FSB-nin partlayıcı maddələr üzrə mütəxəssisləri cəlb olunub. İlkin ehtimallara görə, avtomobilə partlayıcı qurğu yerləşdirilib.
Hazırda hadisənin motivləri və icraçıları müəyyənləşdirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir.
Rəsmi qurumlar hadisə ilə bağlı əlavə məlumatın daha sonra açıqlanacağını bildiriblər.
Reklam
Oxşar xəbərlər
İran ABŞ-la danışıqlara razılıq verdi – Tramdan AÇIQLAMA
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”