ABŞ-da qocalar evində PARTLAYIŞ: 2 ölü, 20 yaralı
ABŞ-nin Pensilvaniya ştatında, Filadelfiya şəhəri yaxınlığında yerləşən qocalar evində baş verən partlayış və ardınca yaranan yanğın faciə ilə nəticələnib.
Az24.az xəbər verir ki, hadisə nəticəsində iki nəfər həyatını itirib, 20 nəfər xəsarət alıb. Yanğın zamanı bir neçə sakinin taleyindən hələ də xəbər alınmadığı bildirilir. Güclü partlayış qocalar evinin bir hissəsinin dağılmasına səbəb olub, bina ciddi zərər görüb.
Hadisə yerinə cəlb olunan yerli fövqəladə hallar xidmətləri dərhal ərazidə təhlükəsizlik tədbirləri görərək yaşlı sakinlərin təxliyəsini həyata keçiriblər. Hazırda xilasedicilər dağıntılar altında qalan şəxslərin olub-olmadığını müəyyənləşdirmək məqsədilə axtarış-xilasetmə işlərini davam etdirirlər.
Yanğının və partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır. Hadisə ilə bağlı əlavə məlumatların veriləcəyi gözlənilir.
Reklam
Oxşar xəbərlər
İran ABŞ-la danışıqlara razılıq verdi – Tramdan AÇIQLAMA
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”