“ChatGPT”də yeni funksiyalar istifadəyə verildi
“OpenAI” süni intellekt əsaslı “ChatGPT” platformasında funksional imkanları genişləndirən yeni yenilikləri istifadəyə verib.
AZ24.az xəbər verir ki, son dəyişikliklər əsasən cavabların forması, üslubu və istifadəçi tələblərinə uyğunlaşdırılması üzərində cəmləşir.
Yeniliklərə əsasən, istifadəçilər artıq “ChatGPT”nin cavabvermə tərzini fərdi şəkildə tənzimləyə bilirlər. Belə ki, “chatbot”un daha rəsmi, neytral və ya səmimi üslubda cavab verməsi mümkündür. Bu funksiya istifadəçilərə eyni mövzu üzrə fərqli yazı üslublarında nəticə əldə etməyə imkan yaradır.
Platformaya əlavə edilən digər mühüm yenilik “şəxsiyyət” (personality) parametrləridir. Yeni ayarlar vasitəsilə “ChatGPT”nin:
-
cavabları qısa və ya geniş formada təqdim etməsi,
-
başlıq və altbaşlıqlardan istifadə etməsi,
-
siyahı və maddələmə üsulunu seçməsi,
-
emoji və qeyri-rəsmi ifadələrdən istifadə səviyyəsi
istifadəçi tərəfindən idarə oluna bilir.
Bu imkanlar xüsusilə xəbər saytları, SEO mütəxəssisləri, kontent menecerləri və sosial media üzrə çalışanlar üçün praktik üstünlüklər yaradır. Eyni mövzu üzrə həm xəbər, həm analitik yazı, həm də sosial şəbəkə paylaşımı formatında mətn hazırlamaq daha asanlaşır.
Bundan əlavə, “ChatGPT”nin cavab strukturunda da dəyişikliklər edilib. Yeni sistem cavabların daha oxunaqlı, ardıcıl və məntiqi qurulmasına imkan verir. Uzun mətnlər avtomatik olaraq hissələrə bölünür, əsas məqamlar ön plana çıxarılır.
Reklam
Oxşar xəbərlər
Yeni ildən etibarən “Whatsapp” bu telefonlarda işləməyəcək
Süni intellekt bizi niyə həmişə haqlı çıxarır? – GİZLİ TƏHLÜKƏ
“Whatsapp” ilin sonuna yaxın mühüm yenilikləri istifadəyə verdi
Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
Kompüterlərdə mavi ekran xətası nədən xəbər verir?
Wi-Fi zəifdirsə bunları edin – Sürət dərhal ARTACAQ
Android istifadəçiləri üçün təhlükəli tətbiqlər – DƏRHAL SİLİN