Türkiyədə minumum əmək haqqı artırıldı – YENİ MƏBLƏĞ

Türkiyədə minumum əmək haqqı artırıldı – YENİ MƏBLƏĞ

Dünya 23.12.2025 20:24 43

Türkiyədə 2026-cı il üçün minimum əməkhaqqı müəyyənləşib.

AZ24.az xəbər verir ki, Türkiyənin əmək və sosial təminat naziri Vedat Işıkhanın açıqlamasına görə, gələn ildən ölkədə minimum əməkhaqqı 28 min 75 lirə (təxminən 1 114 manat) olacaq.

Nazir bildirib ki, yeni məbləğ ötən illə müqayisədə 27 faiz artım deməkdir. Qərar 2026-cı ilin yanvar ayından qüvvəyə minəcək və bir çox sosial ödənişlərin, eləcə də cərimələrin hesablanmasına təsir göstərəcək.

Reklam