Azərbaycanda bu tikinti materialının istifadəsi qadağan ediləcək

Azərbaycanda bu tikinti materialının istifadəsi qadağan ediləcək

Cəmiyyət 23.12.2025 18:17 46

Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək.

Az24.az xəbər verir ki, bununla bağlı “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanunda dəyişiklik edilir.

Layihəyə əsasən, asbest və tərkibində asbest olan materiallar da bu siyahıya əlavə ediləcək.

Elmi araşdırmalar onun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını sübut etdikdən sonra bir sıra ölkələrdə asbest və asbest tərkibli məhsulların istifadəsi qadağan edilib. Asbest liflərinin havaya qarışaraq nəfəs yollarına daxil olması müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xəstəliklərinin yaranma riskini artırır. Bu səbəbdən asbestin istifadəsinin məhdudlaşdırılması və tamamilə qadağan edilməsi ictimai sağlamlığın qorunması baxımından mühüm addım hesab olunur.

Beləliklə, beynəlxalq təcrübə nəzərə alınmaqla, qanun layihəsinə əsasən asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilir.

Qanun qəbul ediləcəyi təqdirdə, 2027-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Reklam