Bəylər Eyyubovun qardaşı oğlu həbs edildi – YENİLƏNDİ
Bir qədər əvvəl barəsində həbs qətimkan tədbiri seçilən iş adamı Ruslan Eyyubovun hansı cinayətlərdə ittiham olunduğu məlum olub.
Az24.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, R. Eyyubov Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 206.4 (Xüsusilə külli miqdarda qaçaqmalçılıq), 193-cü (Yalançı sahibkarlıq), 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə) maddələri ilə ittiham edilir.
Məhkəmənin qərarı ilə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
***
5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış iş adamı Ruslan Eyyubov saxlanılıb.
Az24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, R. Eyyubov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Bu dəqiqələrdə məhkəmə qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının Ruslan Eyyubova məxsus olduğu bildirilir. Limanın rəisi Rəşad Daşdəmirov və digərləri eyni cinayət işi ilə bağlı bir neçə gün əvvəl həbs edilib. Həmin işin təfərrüatı barədə əvvəlki yazımızda özəl mənbəmizə istinadan geniş məlumat vermişdik. Ruslan Eyyubovun qohumluq əlaqələrinə gəlincə o, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır.
Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlanlarıdır. İndi saxlanılan Eyyubov həm də kimya sənayesi biznesi ilə məşğuldur, bu sahədə tanınan “NB Qrup” şirkətinin rəhbəridir.
Reklam
Oxşar xəbərlər
Ağdərədə 38 yaşlı kişi minaya düşdü – Ayağı amputasiya olundu
Bakıda şadlıq evi yandı, toy yarımçıq qaldı – VİDEO
Sabiq deputat vəfat etdi – FOTO
Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? – RƏSMİ
Masazırda binada yanğın: İnsanlar təxliyə edildi – VİDEO
Tanınmış alim vəfat etdi – FOTO
Tərdərdə 53 yaşlı kişi faciəli şəkildə öldü, anası…
Gəncədə yeniyetmə məktəbin qarşısında bıçaqlandı