Harri Kasparov barəsində həbs qərarı verildi
Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi məşhur şahmatçı və siyasi fəal Harri Kasparov barəsində terror fəaliyyətinə açıq çağırış ittihamı ilə qiyabi həbs qərarı çıxarıb.
Az24.az xarici mediaya istinadən xəbər verilir ki, məhkəmə istintaq orqanlarının vəsatətini təmin edərək, Kasparov haqqında məhkəməyəqədər həbs qətimkan tədbirinin seçilməsinə qərar verib.
Kasparova qarşı iş Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi üzrə açılıb. Sözügedən maddə terror fəaliyyətinə açıq çağırışlar, terrorizmin açıq şəkildə əsaslandırılması və ya media və internet vasitəsilə terrorizmin təbliğini nəzərdə tutur. Bu maddə ilə 5 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.
Qeyd edək ki, Qarri Kasparov uzun illərdir Rusiyadan kənarda yaşayır və Kremlin siyasətini açıq şəkildə tənqid edən şəxslərdən biri kimi tanınır. 2022-ci ilin may ayında Rusiya Ədliyyə Nazirliyi onu “xarici agent” kimi qeydiyyata alıb. Bundan başqa, Rosfinmonitoring Kasparovun adını ekstremistlər və terrorçular siyahısına daxil edib.
Məhkəmənin qərarı Rusiyada müxalif mövqeli tanınmış fiqurlara qarşı aparılan hüquqi proseslərin növbəti nümunəsi kimi qiymətləndirilir.
Reklam
Oxşar xəbərlər
Azərbaycanlı müğənni Trampdan kömək istədi – Məhv edin!
İran ABŞ-la danışıqlara razılıq verdi – Tramdan AÇIQLAMA
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”