İçərişəhər “ağıllı qoruq” sisteminə keçir

İçərişəhər “ağıllı qoruq” sisteminə keçir

Cəmiyyət 23.12.2025 13:18 48

“İçərişəhərdə “ağıllı şəhər” sistemi tətbiq olunacaq”.

Az24.az xəbər verir ki, bunu “İçərişəhər” Tarix Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü Aytac Əlisultanlı dekabrın 23-də keçirilən mətbuat konfransında bildiirb.

O, “ağıllı qoruq” inkişaf strategiyası haqqında məlumat verib:

“Cari ilin əvvəlində fəaliyyətə başlayanda müəyyən çağırışlarla üzləşdik və başa düşdük ki, yeni idarə etmə sistemi qurmalıyıq. Bura bizim bəşəri dəyərimiz, memarlıq incimizdir. Ağıllı şəhər dedikdə tarixi məkanlarda hər hansı dəyişiklik nəzərdə tutulmur. Biz bütün yeniliklərə hazır olmalı və irsin idarə olunmasında bunları nəzərə almalıyıq.

İçərişəhər turistlərin ilk addım atdığı yerdir. Smart sistemlə onlar haqqında bütün məlumatları əldə edə bilərik. Eyni zamanda muzeylərin süni intellekt əsaslı bələdçilik sisteminə keçirilməsi bizim üçün vacib amillərdəndir. Sakinlərin və qonaqların rahatlığını təmin etmək bizim üçün vacib məqamlardan biridir. Bütün bunların hamısı idarəçiliyə bağlıdır”.

Aytac Əlisultanlı söyləyib ki, gələcəkdə İçərişəhərdə “Ağıllı qoruq” modeli əsasında “ağllı suvarma sistemləri”, “ağıllı tullantı idarəedilməsi”, “ağıllı işıqlandırma” sistemlərinin yaradılması, bərpa olunan enerji mənbələrindən istifadə nəzərdə tutulur.

Onun sözlərinə görə, tarixi abidələrin vahid rəqəmsal arxivinin yaradılması və 3D skanlanması, tarixi abidələrin monitorinq sensorları ilə təchiz olunması, tarixi abidələr barədə məlumatların NFC, VR və AR texnologiyaları ilə daha alçatan va interaktiv taqdim olunması planlaşdırılır.

Eyni zamanda, Qoruq rəsmisi qurumun ikiillik “yol xəritəsi” barədə də məlumat verib:

“Buraya smart ifrastruktur, irsin rəqəmsal idarəedilməsi, dayanıqlı turizm və muzey texnologiyaları, ərazidə mobillik və təhlükəsizlik, rəqəmsal idarəçilik və data əsaslı qərarvermə aiddir”. (yenisabah)

Reklam