MİQ imtahanları bu müəllimlər üçün ödənişli olacaq
Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak ödənişli olacaq.
Az24.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailənin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə şamil olunmayacaq.
Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Layihənin qəbul edilməsi dövlət büdcəsinin qənaətlə istifadə edilməsinə və müsabiqə iştirakçılarının məsuliyyətinin artırılmasına xidmət göstərəcək.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq