Tanınmış aktrisanın əri də saxlanıldı
İctimaiyyətdə tanınmış şəxsləri əhatə edən narkotiklərlə bağlı istintaq çərçivəsində həyata keçirilən əməliyyatlar davam edir.
AZ24.az xəbər verir ki, aparılan tədbirlər zamanı iş adamı, aktrisa Alina Bozun həyat yoldaşı Umut Evirgen də hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bildirilib ki, Evirgen Alina Bozun baş rolda oynadığı “Palamut Zamanı” adlı tamaşanı izləmək üçün Zorlu Performans Sənətləri Mərkəzində olub. O, həmin məkanda saxlanılıb.
Jurnalist Birsen Altuntaşın paylaşdığı məlumata əsasən, Umut Evirgen hazırda davam edən istintaq çərçivəsində nəzarətə götürülən son tanınmış şəxsdir. Qeyd olunur ki, saxlanılma İstanbul Baş Prokurorluğunun rəhbərliyi ilə aparılan narkotik araşdırması ilə bağlıdır.
İstintaq davam edir, məsələ ilə bağlı rəsmi qurumların əlavə açıqlama verəcəyi gözlənilir.
Dəniz
Reklam
Oxşar xəbərlər
Tolik efirə zəng edib Sevinci RÜSVAY ETDİ: Desə lüt gəz, gəzəcəksən?
70 yaşlı Əməkdar artist oğlu ilə görüntüləndi – İLK DƏFƏ
Safurə Əliyeva Cabir İmanovun xanımı ilə FOTOLARINI paylaşdı
Röyanın oğlu 3 nüfuzlu ali məktəbə birdən qəbul olundu
Yıldız Tilbedən illər sonra gələn ETİRAF: Sağ qulağım eşitmir