Tanınmış jurnalist saxlanıldı
İstanbul Baş Prokurorluğunun rəhbərliyi ilə aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində jurnalist Əmrullah Erdinç saxlanılıb.
AZ24.az xəbər verir ki, ictimai rezonans doğuran istintaq çərçivəsində yeni detallar üzə çıxıb.
Daha əvvəl jurnalistlər Mehmet Akif Ərsoy və Ela Rümeysa Cebecinin həbsindən sonra həyata keçirilən əməliyyatlar media və sənət cameəsində tanınan şəxsləri də əhatə edib.
Aparılan son əməliyyatlar zamanı jurnalist Əmrullah Erdinç də nəzarətə götürülən şəxslər sırasında olub.
İstintaq çərçivəsində film prodüseri Umut Evirgen, eləcə də 12 dekabr tarixində Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyat zamanı əyləncə məkanında üç ədəd odlu silahın aşkar edilməsi ilə əlaqədar həmin məkanın meneceri Yaşar Koz da saxlanılıb.
Hazırda araşdırmalar davam etdirilir. Saxlanılan şəxslərlə bağlı hüquqi prosedurların gedişi barədə rəsmi qurumların yaxın günlərdə əlavə məlumat yayacağı gözlənilir.
Dəniz
Reklam
Oxşar xəbərlər
Azərbaycanlı müğənni Trampdan kömək istədi – Məhv edin!
İran ABŞ-la danışıqlara razılıq verdi – Tramdan AÇIQLAMA
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”