Faciəli şəkildə ölən bacı-qardaşın ölümünün detalları – VİDEO
Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Xətai rayonunda 17 yaşlı Zeynəb Yaralıyeva və qardaşı 16 yaşlı Amin dəm qazından boğularaq ölüblər.
AZ24.az xəbər verir ki, işdən evə gələn ana iki övladının cansız bədənini aşkar edib.
Qonşular bildiriblər ki, əslən Qusar rayonundan olan ana iki övladı ilə 2 ilə yaxındır həmin ünvanda kirayədə qalırmış və yeniyetmələr məktəbli imiş:
“Anası özünü itirmişdi, çığırırdı. İçəri daxil olub tez pəncələri açdım. Uşağa kömək etmək istəyəndə gördüm ki, artıq gecdi, rəhmətə gedib. Qız da hamamda yıxılıb orada həyatını itirmişdi. Dəm qazının qoxusundan içəri girmək olmurdu. Burnumu tutub içəri girdim, 1 dəqiqədə gözüm yaşardı”.
Digər bir qonşu isə qeyd edib ki, yeniyetmələrin anası işdən gəlib, qapını döyüb və açan olmayıb:
“Qapını açanda isə görüb ki, belədir. Biri çarpayıda ölmüşdü, biri də hamam otağında. Anası çölə çıxarmışdı”.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
Reklam
Oxşar xəbərlər
Ağdərədə 38 yaşlı kişi minaya düşdü – Ayağı amputasiya olundu
Bakıda şadlıq evi yandı, toy yarımçıq qaldı – VİDEO
Sabiq deputat vəfat etdi – FOTO
Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? – RƏSMİ
Masazırda binada yanğın: İnsanlar təxliyə edildi – VİDEO
Tanınmış alim vəfat etdi – FOTO
Tərdərdə 53 yaşlı kişi faciəli şəkildə öldü, anası…
Gəncədə yeniyetmə məktəbin qarşısında bıçaqlandı