“PSJ” futbol tarixində bir ilkə imza ata bilər

“PSJ” futbol tarixində bir ilkə imza ata bilər

İdman 22.12.2025 19:25 29

Fransanın nəhəng klubu “PSJ” futbol tarixində misli görünməmiş bir qərara imza ata bilər.

AZ24.az xəbər verir ki, klubun baş məşqçisi Luis Enrike ilə bağlı sensasiyalı plan gündəmə gəlib.

2023-cü il iyulun 5-də “PSJ” ilə müqavilə imzalayan ispaniyalı məşqçi klubun sükanı arxasında böyük uğurlar qazanıb. Onun rəhbərliyi altında Paris təmsilçisi Çempionlar Liqası və iki dəfə Liqa 1 daxil olmaqla ümumilikdə 9 kubok əldə edib.

Mövcud müqaviləsi gələn mövsümün sonunda başa çatacaq Luis Enrike ilə yolları ayırmaq istəməyən “PSJ” rəhbərliyi radikal qərar verib. “AS” qəzetinin məlumatına görə, Fransa klubu təcrübəli mütəxəssisə “ömürlük müqavilə” təklif etməyə hazırlaşır.

Əgər Luis Enrike bu təklifi qəbul edərsə, bu, dünya futbolu tarixində ilk dəfə bir baş məşqçi ilə ömürlük müqavilə imzalanması kimi tarixə düşəcək.

Reklam