FIFA 2025-ci ilin yekun reytinq cədvəlini açıqladı

FIFA 2025-ci ilin yekun reytinq cədvəlini açıqladı

İdman 22.12.2025 18:30 30

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2025-ci ilin son dünya reytinq cədvəlini açıqlayıb. Reytinqə əsasən İspaniya millisi 1 №-li yeri tutub, ikinci yerdə Argentina, üçüncü yerdə isə Fransa komandası qərarlaşıb.

AZ24.az xəbər verir ki, Azərbaycan milli komandası isə ilin son reytinqində 127-ci pillədə yer alıb və aktivində 1 132.97 xal toplayıb.

Qeyd edək ki, FIFA reytinqi ilin sonunda milli komandaların beynəlxalq oyunlardakı nəticələrinə əsaslanaraq müəyyən edilir və növbəti il üçün turnir səviyyələrində komandaların yerləşməsinə təsir göstərir.

Reklam