Ömürlük məhbus cinsiyyətini dəyişdi, qadın həbsxanasına köçürüldü

Ömürlük məhbus cinsiyyətini dəyişdi, qadın həbsxanasına köçürüldü

Dünya 22.12.2025 16:32 61

İsveçdə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş misirli miqrant Paul Abdelşahed cəzaçəkmə müəssisəsində cinsiyyətini dəyişdirib.

Az24.az xarici mediaya istinadla xəbər verir ki, rəsmi prosedurlardan sonra adını Lilli Abdelşahed olaraq dəyişib və qadın kimi qeydiyyata alınıb.

Qərardan sonra məhkumun kişilər üçün nəzərdə tutulan həbsxanadan qadınlar bölməsinə köçürüldüyü bildirilir.

O, 2 azyaşlı uşağı amansızlıqla öldürdüyünə görə ötən il həbs edilib və ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hadisə İsveç cəmiyyətində və siyasi dairələrdə geniş müzakirələrə və tənqidlərə səbəb olub. Bəzi dairələr bunu cəza sistemindən sui-istifadə kimi qiymətləndirir, digərləri isə qərarın mövcud qanunvericiliyə uyğun olduğunu vurğulayır.

Dəniz

Reklam