Ağdərədə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya edildi
Bu gün saat 13:20 radələrində Ağdərə rayon Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1990-cı il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, pasiyentin üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya əməliyyatı icra olunub. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
***
İşğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində noyabrın 16-ı mina hadisəsi baş verib.
Az24.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN), Baş Prokurorluğun və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.
Bildirilib ki, 1990-cı il təvəllüdlü Bərdə kənd sakini Natiq Namiq oğlu Əliyev minalardan təmizlənməmiş ərazidə piyadaəleyhinə mina partlayışı nəticəsində ayağından xəsarət alıb.
Faktla bağlı Ağdərə Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.
***
Bərdə sakini Ağdərədə minaya düşüb.
Az24.az xəbər verir ki, hadisə rayonun Sırxavənd kəndi ərazisində baş verib.
Belə ki, rayon sakini, 1990-cı il təvəllüdlü Əliyev Natiq Namiq oğlu minaya düşərək xəsarət alıb. Yaralı Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Reklam
Oxşar xəbərlər
Arvadını bıçaqlayıb Çinə qaçan ər tutuldu
Bakıda SSRİ bayrağı qaldıranlar həbs olundu – VİDEO
Terrorçuluğun maliyyələşdirilməsinə görə üç nəfərə ağır cəza verildi
Bakıda fəvvarələr meydanında yanğın söndürüldü – YENİLƏNİB
Toy yasa döndü: Kişi oynadığı yerdə öldü
Bakıda toyda TƏHLÜKƏLİ ANLAR – Qonaqlar təxliyə olundu
Azərbaycanlı yeniyetmə namaza görə polisi bıçaqladı – ANBAAN VİDEO