Vüqar Qurbanov şeyxin polkovnik qohumuna vəzifə verib – FOTO

Vüqar Qurbanov şeyxin polkovnik qohumuna vəzifə verib – FOTO

Cəmiyyət 22.12.2025 15:53 360

Fövqaladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin sabiq rəisi Elçin Əligülova yeni vəzifə verilib.

Az24.az xəbər verir ki, “Qaynarinfo”nun məlumatına görə, o, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Aparatında Baş məsləhətçi vəzifəsinə təyin edilib.

Bir müddət əvvəl TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bununla bağlı əmr imzalayıb.

Qeyd edək ki, polkovnik Elçin Əligülov Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin yaxın qohumudur.

Reklam