Metro istifadəçilərinə PİS XƏBƏR: “Dərnəgül” xətti üzrə birbaşa gediş olmayacaq
“Bakı Metropoliteni”nin “28 May” stansiyasında tunelin inşası ilə bağlı stansiyadan “Dərnəgül” xətti üzrə birbaşa gediş olmayacaq.
Az24.az xəbər verir ki, bu barədə açıqlamanı “Bakı Metropoliteni” QSC ilin əvvəllərində açıqlamışdı. Bildirilmişdi ki, “Dərnəgül” – “Həzi Aslanov” xətti “Nizami” stansiyasına və ya “Həzi Aslanov” – “Dərnəgül” xətti “28 May” stansiyasına qədər fəaliyyət göstərəcək. Eyni zamanda, “Həzi Aslanov” – “İçərişəhər” xətləri üzrə qatarlar da “28 May” stansiyasında dayanmayacaq.
Bu prosesin başlamasına səbəb metronun Qırmızı və Yaşıl xətlərinin ayrılmasıdır. Bunun üçün “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında birləşdirici tunel inşa olunacaq.
Maraqlıdır ki, tunel tikintisi ilə əlaqədar hərəkətin dayandırılması ilə bağlı işlərə nə vaxt start veriləcək?
“Bakı Metropoliteni” QSC-dən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, tikinti və texniki hazırlıq prosesi və işlərin icrası mərhələli şəkildə həyata keçiriləcək:
“Bakı Metropoliteni”nin inkişafı ilə bağlı həyata keçiriləcək yeni layihələr çərçivəsində “Dərnəgül” deposunun tikintisinin birinci mərhələsi və “28 May” stansiyasının yaxınlığındakı şaxtanın inşası başa çatdıqdan sonra xətlərin ayrılması layihəsinə başlanılacaq. Tikinti və texniki hazırlıq prosesi və işlərin icrası mərhələli şəkildə həyata keçiriləcək.
Bu və digər məsələlər, həmçinin hərəkətin təşkili, iş rejimində tətbiq ediləcək dəyişikliklərlə bağlı ictimaiyyətə əvvəlcədən rəsmi məlumat veriləcək”.
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq