Türkiyədə 12 yaşlı şagird direktorunu tüfənglə vurdu – ANBAAN VİDEO
Mersinin Anamur rayonunda yerləşən orta məktəbin həyətində 12 yaşlı uşaq məktəb direktoru Ender Karanı tüfənglə vuraraq ağır yaralayıb.
Az24.az xəbər verir ki, dəhşətli anlar saniyə-saniyə təhlükəsizlik kameralarına düşüb. Görüntülərdə uşağın tüfənglə məktəbə gələrək direktora atəş açdığı anlar yer alıb.
İddiaya görə, məktəb direktoru Ender Kara ötən həftə məktəbə elektrikli velosipedlə gələn şagirdi xəbərdar edib. Bu xəbərdarlıqdan sonra bu səhər məktəbə tüfənglə gələn M.K. adlı 12 yaşlı uşaq məktəbin həyətində Ender Karaya atəş açıb.
Ətrafdakıların məlumatı əsasında hadisə yerinə təcili tibbi yardım və jandarma əməkdaşları cəlb olunub. Ağır yaralanan Ender Kara Mersin Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb. Onun həyati təhlükəsinin olduğu bildirilib.
Hadisədən sonra jandarma əməkdaşları şagird M.K. və onun atası Y.K.-ni saxlayıb.
Dəniz
Reklam
Oxşar xəbərlər
Azərbaycanlı müğənni Trampdan kömək istədi – Məhv edin!
İran ABŞ-la danışıqlara razılıq verdi – Tramdan AÇIQLAMA
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”