Onlara 200 manat veriləcək – Prezident sərəncam imzaladı
2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Az24.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamın icrası məqsədilə dövlət büdcəsindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitdən 15 300 000 (on beş milyon üç yüz min) manat ayrılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan ailələrə ödənilməsini təmin etməlidir.
Nazirlər Kabineti və Maliyyə Nazirliyi isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
12.01.2026
23:42
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
12.01.2026
22:32
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
12.01.2026
19:00
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
12.01.2026
18:37
Baş nazir qərar imzaladı
12.01.2026
18:14
Sabah bu ərazilərdə qaz olmayacaq
12.01.2026
17:32
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
12.01.2026
16:39