Bakıda yeniyetmə bacı-qardaş dəm qazından boğuldu

Bakıda yeniyetmə bacı-qardaş dəm qazından boğuldu

Hadisə 22.12.2025 10:57 79

Bakıda yeniyetmə bacı-qardaş dəm qazından boğulub.

Az24.az xəbər verir ki, hadisə dekabrın 20-si Xətai rayonu Neapol küçəsindəki mənzillərin birində baş verib.

Saat 20 radələrində 2008-ci il təvəllüdlü Zeynəb Yaralıyeva və qardaşı 2009-cu il təvəllüdlü Aminin meyiti yaşadıqları evdə aşkar edilib.

İlkin məlumata görə, onlar dəm qazından boğulub.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Reklam