Rusiyada general avtomobilində partladılaraq öldürüldü – FOTOLAR (YENİLƏNDİ)
Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, Yasenevaya küçəsində qeydə alınan hadisə zamanı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Operativ Hazırlıq İdarəsinin rəisi general-leytenant Fanil Sarvarov həlak olub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 56 yaşlı Fanil Sarvarov 2016-cı ildə həmin vəzifəyə təyin edilib. O, 1992-2003-cü illərdə Çeçenistanda hərbi əməliyyatlarda iştirak edib, 2015-2016-cı illərdə isə Suriyada xidmət aparıb
***
Moskvanın cənub hissəsində generalın olduğu avtomobildə partlayış qeydə alınıb.
Az24.az xəbər verir ki, hadisə barədə Rusiya Teleqram kanalları xəbər yayıb.
Bildirilir ki, partlayış zamanı avtomobildə Rusiya Silahlı Qüvvələrinin Operativ Hazırlıq İdarəsinin rəisi, general-mayor Fanil Sarvarov olub.
Məlumata əsasən, general “Kia Sorento” markalı avtomobilinə minmək istədiyi an partlayış baş verib. Nəticədə o, ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb. Həkimlər generalın vəziyyətini ağır qiymətləndirirlər.
İlkin versiyaya görə, partlayış sürücü oturacağının altına yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.




Reklam
Oxşar xəbərlər
Məhkəmə iclasında QAN TÖKÜLDÜ: Prokuror hakimi silahla vurdu
Oktay Kaynarca da saxlanıldı
18-35 yaşlı bu şəxslərə 500 min veriləcək – ŞAD XƏBƏR
İran pulu “sıfır”a düşdü – TARİXİ ÇÖKÜŞ
ABŞ-dan İrana HƏMLƏ: 25 faiz gömrük vergisi tətbiq edəcək
Avropanın bu iki ölkəsi birləşə bilər
Müharibə başlayır? – NATO təyyarələri Türkiyə səmasında
Qonşu ölkədə matəm elan edildi