Naxçıvan hava limanında ŞOK: Aeroport işçiləri sərnişinlərin yüklərindən qızıllarını oğurladı
Naxçıvan Beynəlxalq Hava Limanında sərnişinlərin dəyərli əşyalarının oğurlanmasının təfərrüatı bəlli olub.
Az24.az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə bu il avqustun 3-ü, 13-ü və 17-də gerçəkləşən Naxçıvan-Bakı reysləri zamanı baş verib.
Cinayət hadisəsini isə aeroportun daşınmaların təşkili və koordinasiyası xidmətində yükvuran kimi çalışan 1997-ci il təvəllüdlü Hüseyn Həmzəyev və 2005-ci il təvəllüdlü Səid Kərimli törədiblər.
Qabaqcadan əlbir olan şəxslər Naxçıvan aeroportunda baqaj yüklərinin təyyarəyə daşınması zamanı qanunsuz olaraq çantalara baxış keçirib və qızıl-zinət əşyalarını mənimsəyiblər.
Oğurluq əməlini törədən şəxslərin əsasən qadın çantalarına və sərnişinlərin çatdıqları yerdə açılmasından şübhələnməmələri üçün bağlaması zəif olan baqajlara baxdıqları müəyyən edilib.
Sərnişinlərdən oğurlanan qızılların ümumi dəyəri 4 170 manat olub. Səid və Hüseynin oğurladığı qızıllar “Cahan” Ticarət Mərkəzində satılıb. Qızılların bir qismi isə “Nur Telekom” adlı lombarda 1 400 manat müqabilində qoyulub.
Cinayətin üstü isə müştərilərin baqajlarındakı dəyərli əşyaların yoxa çıxmasını gördükdən və bu barədə polisə məlumat verdikdən sonra açılıb.
Hüseyn Həmzəyev 2 il 2 ay, tanışı Səid Kərimli isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Reklam
Oxşar xəbərlər
Metroda məsafəyə görə ödəniş sisteminə keçidlə bağlı RƏSMİ AÇIQLAMA
Saat 15:00-dək sənədləri təqdim etməsələr, ləğv ediləcək – Valideynlərə XƏBƏRDARLIQ
Azərbaycanda ali məktəblərdə maliyyə yoxlamaları aparılacaq
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI