Uzunömürlülüyün sirri açıqlandı – ARAŞDIRMA

Uzunömürlülüyün sirri açıqlandı – ARAŞDIRMA

Sağlamlıq 21.12.2025 11:08 38

İtaliyada uzunömürlülərin genetik xüsusiyyətlərini araşdıran alimlərin ən son kəşfləri “GeroScience” elmi jurnalında dərc olunub.

Az24.az xəbər verir ki, məqalədə yüz il və daha çox yaşayan 333 italiyalının genetik məlumatları analiz edilib və bu nəticələr 50 yaşlı şəxslərlə müqayisə edilib.

Araşdırma həmçinin bu genetik məlumatları ölkənin 103 qədim genom nümunəsi ilə tutuşdurub və göstərib ki, uzunömürlü insanların çoxunun genetik xətti buz dövründən sonrakı ovçu-yığıcı insanlara qədər uzanır. Bu isə onların uzun yaşamasında genetik faktorların mühüm rol oynaya biləcəyini göstərir. Alimlər qeyd edirlər ki, ömrün uzunluğu yalnız həyat tərzi və ətraf mühitlə deyil, həm də genetik mirasla bağlıdır.

Dəniz

Reklam