“Güllü”nün qızı həbsdə danışdı: Bir gün buradan çıxacağam
Məşhur türkiyəli müğənni Güllünün ölümü ilə bağlı aparılan araşdırma davam etdiyi bir vaxtda, anasını qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan qızı Tuğyan Ülkem Gülter həbsxanadan ilk dəfə açıqlama verib.
Az24.az xəbər verir ki, o, “Habertürk”ə verdiyi müsahibədə özünü günahsız saydığını bildirib və etirafçı qismində çıxış edən yaxın dostu Sultan Nur Uludan belə bir davranış gözləmədiyini deyib.
“Anamın qızıyam və güclü olacağam. Bu günlər də keçəcək. Vicdanım rahatdır, bəraət alacağıma ürəkdən inanıram. Bir gün buradan çıxacağam. Ədalət gec-tez öz sözünü deyəcək”, – deyə Gülter vurğulayıb.
O, anasının meneceri Ferdi Aydını ittiham edərək, Sultan Nur Ulunun etirafçı olmasının onda dərin məyusluq yaratdığını bildirib. Evə kamera quraşdırılması ilə bağlı iddialara da münasibət bildirən Gülter, həmin gün evdə olmadığını və bu məsələlərlə qardaşının məşğul olduğunu söyləyib.
Yalovadakı evinin 6-cı mərtəbəsindən yıxılaraq həyatını itirən Güllünün ölümü ilə bağlı saxlanılan Tuğyan Ülkem Gülter başına gələnləri “zülm” adlandırıb:
“Bu zülmün başlanğıcında Ferdi Aydın dayanır. Onu Allahın ədalətinə həvalə edirəm”, – deyə o qeyd edib və istintaq materiallarında adı keçən şəxslərlə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Gülter dostu Sultan Nur Ulunun davranışına da sərt reaksiya verib:
“Məndən qorxan Sultan aylarla yanımda yatdı, qucağımda ağladı. Ondan bunu heç vaxt gözləməzdim. Bu, mənim üçün böyük bir xəyal qırıqlığı və ürəyimdə açılan dərin yaradır. Məni də yönləndirməyə çalışdılar, amma mən üzərimə düşməyən günahı qəbul etmərəm”.
O, həmçinin qardaşı Tuğberk Yağız Gülterin prokurorluğa verdiyi ifadəyə toxunaraq bildirib:
“Bu cəmiyyət məni qatil kimi damğaladı, amma qardaşımı mənə qarşı çevirə bilməzlər. O məni sevir, mən də onu. Mən Güllünün qızıyam və onun kimi möhkəm dayanacağam. İlahi ədalət gec-tez qalib gələcək”.
Dəniz
Reklam
Oxşar xəbərlər
Azərbaycanlı müğənni Trampdan kömək istədi – Məhv edin!
İran ABŞ-la danışıqlara razılıq verdi – Tramdan AÇIQLAMA
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”