Təyyarə qəzasında həlak olanların yaxınları Aktauya getdi – FOTOLAR
Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olan heyət üzvlərinin yaxınları Aktau şəhərinə gedib.
AZ24.az xəbər verir ki, bu barədə Teleqraf-a Milli Qəhraman Hökümə Əliyevanın qardaşı Coşqun Nəsibli bildirib.
Dəhşətli qəzanın ildönümü ərəfəsində Aktauda qəza yerini ziyarət edənlər arasında milli qəhramanlar İqor Kşnyakin və Aleksandr Kalyaninovun yaxınları, o cümlədən hadisədə həlak olan bir neçə sərnişinin ailə üzvləri də olub.
“Ziyarətin təşkili üçün ölkəmizin Qazaxstandakı Konsulluğuna, AZAL-ın heyyətinə təşəkkür edirik. İnşallah cənab prezidentin qətiyyəti sayəsində bu cinayətdə əli olanlar cəzalanacaq, ədalət bərqarar olacaqdır. Bizim yaramıza su cinayətkar öz cəzasını tapanda səpiləcək. Qazaxstanda yaşayan soydaşlarımıza da dəstək üçün təşəkkür edirəm” – deyə C. Nəsibli bildirib.
Xatırladaq ki, Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Bundan sonra Qroznı hava limanına enişinə icazə verilməyən və uçuş istiqaməti məcburi dəyişdirilən təyyarə Qazaxıstanın Aktau şəhərində yerə çırpılıb. Olay nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.








Reklam
Oxşar xəbərlər
Azərbaycanda vəzifəli şəxs qəzada öldü – FOTO
Sabiq prokuror vəfat etdi – FOTO
Bakıda 48 kombi oğurlayan şəxs saxlanıldı
14 yaşlı qıza əxlaqsız hərəkət edənlər həbs olundu
Ramil Saatov faciəli şəkildə vəfat etdi – FOTO
“Socar”ın əməkdaşı həbs olundu
Bakıda 19 yaşlı gənc öldü – FOTO
İtkin düşmüş balıqçılardan digərinin meyiti İranda tapıldı